Dünya

"Apple" yeni "iPhone" modellərini təqdim edib

15 Sentyabr 2021 07:10
0 Şərh     Baxış: 1 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün "Apple" şirkəti payız təqdimatı çərçivəsində yeni "iPhone" modellərini təqdim edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, canlı yayımlanan təqdimat mərasimində "iPhone 13", "iPhone 13 mini", "iPhone 13 Pro" və "iPhone 13 Pro Max" modelləri təqdim edilib.

Yeni "iPhone 13 mini"nin qiyməti ABŞ-da 699 dollardan, "iPhone 13"ün qiyməti 799 dollardan, "iPhone 13 Pro"nun qiyməti 999 dollardan, "iPhone 13 Pro Max"ın qiyməti isə 1099 dollardan başlayacaq.

Bundan əlavə təqdimat zamanı 10,2 düymluq yeni iPad və 8,3 düymluq yeni iPad mini, həmçinin "Apple Watch Series 7" saatı təqdim edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.