Dünya

Litvada peyvənd olunmayanlara qarşı məhdudiyyətlər sərtləşdirildi

13 Sentyabr 2021 13:34
0 Şərh     Baxış: 1 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Litva hökuməti bu gündən etibarən koronavirusa qarşı peyvənd olunmayanlar üçün sərt məhdudiyyətlər tətbiq etməyə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, peyvənd pasportuna malik olmayan şəxslərin iri ticarət mərkəzlərinə, eləcə də qeyri-ərzaq mağazalarına daxil olmaları qadağan olunur.

Eyni zamanda, vaksin olunmayan şəxslərə bir sıra xidmətlərin göstərilməsi, ictimai iaşə obyektlərinə, kütləvi tədbirlərə girişi qadağan olunacaq.

Bununla yanaşı, yeni qərara əsasən, işəgötürən iş yerində hamının vaksin pasportuna malik olmasını lazım bildikdə, peyvənd olunmayanlar işdən azad edilə bilər.

Litva hökuməti əvvəlcə peyvənd olunmayanların ictimai nəqliyyatdan istifadəsini qadağan etməyi planlaşdırsa da, bu qərar qəbul edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.