Dünya

Tualetə gedən uşağı pələng parçaladı

12 Sentyabr 2021 18:06
0 Şərh     Baxış: 2 254
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın Karnataka ştatında tualetə gedən yeniyetməni pələng öldürüb. 

Milli.Az lent.az-a istinadla bildirir ki, səhər saatlarında Liiankere qəbilə kəndinin Qaneş adlı 13 yaşlı sakini evdən 100 metr aralıdakı tualetə gedib.

Oğlan müəyyən müddət ərzində qayıtmadıqda, ailə axtarışa çıxıb və cəsədini meşədə tapıblar.

Yerli sakinlər yaxınlarda həmin ərazidə pələngə rast gəliblər. Onlar yeniyetməyə məhz pələngin hücum edərək parçaladığını iddia edirlər. 

Ölənin valideynləri, 5 bacısı və 4 qardaşı qalıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.