Dünya

Türkiyə Silahlı Qüvvələri daha 9 terrorçunu zərərsizləşdirib

11 Sentyabr 2021 18:37
0 Şərh     Baxış: 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı "Pençe-Kaplan" bölgəsində keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın 9 silahlısı zərərsizləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin tviter səhifəsində bildirilib.

"Əməliyyatlarımız sonuncu terrorçu zərərsizləşdiriləndək davam edəcək", - açıqlamda qeyd olunub.

Xatırladaq ki, "Pence-Kaplan" anitterror əməliyyatı Türkiyə daxilində və terrorçuların daha çox düşərgə saldığı İraqın şimalında keçirilir. Əməliyyat 2019-cu il mayın 28-də başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.