Dünya

Əfqanıstan aclıq və yoxsulluq təhlükəsi ilə üz-üzə

10 Sentyabr 2021 11:20
0 Şərh     Baxış: 1 117
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əfqanıstanda katastrofik vəziyyət yaranıb, ilk növbədə humanitar problemləri həll etmək lazımdır".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu BMT-nin Əfqanıstana Yardım Missiyasının rəhbəri Debora Layons deyib.

"Ölkədə katastrofik vəziyyət yaranıb: pul yoxdur, qida məhsulları bahalaşır, beynəlxalq birlik və bir çox donor vəsaitlərin "Taliban"ın əlinə keçəcəyindən ehtiyat edərək maliyyə axımını dayandırıb", - deyə Layons bildirib.

"Ailəm acdır, qızımı satmalıyam"

O, həmçinin vurğulayıb ki, maliyyələşdirmə prosesi bərpa olunmasa, Əfqanıstan iqtisadi böhran ilə üzləşəcək. Bu isə milyonlarla insanı yoxsulluq və aclıq ilə üz-üzə qoyacaq, həmçinin ölkədən insanların kütləvi şəkildə getməsi ilə nəticələnəcək.

Onun sözlərinə görə, Əfqanıstan əsas olaraq idxaldan asılıdır və pulsuz, hətta dərman belə ala bilməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.