Dünya

Koronavirusdan sağalanların yarısında yeni xəstəliklər üzə çıxıb - ARAŞDIRMA

5 Sentyabr 2021 13:45
0 Şərh     Baxış: 3 190
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin sonunda COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən insanların təxminən 85 faizi hələ də virusun simptomlarını hiss edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Journal of Hospital Medicine" yazır.

Miçiqan Universitetinin tədqiqatçıları 2020-ci ilin payızının sonu və 2021-ci ilin qışında koronavirusla xəstəxanaya yerləşdirilən 253 xəstənin məlumatlarını təhlil edib. Respondentlərdə orta yaş həddi 60 olub.

Xəstəlikdən müalicə olunanların təxminən 85 faizi altı ay sonra hələ də tam sağalmadıqlarını deyiblər. Hətta tam müalicədən sonra da onlarda koronavirusun simptomları olub. Həmin şəxslər hələ də özlərini sağlam hiss etmirlər.

Bundan əlavə, COVID-19-dan sağalan insanların yarıdan çoxunda, təxminən 55 faizində altı ay ərzində yeni bir xəstəlik aşkar olunub: əvvəllər olmayan ürək və ağciyər xəstəlikləri.

Sorğu iştirakçılarının demək olar ki, dörddə biri şiddətli öskürəkdən, 20 faizi isə sürətli və ya nizamsız ürək döyüntüsündən şikayət edib. Təxminən 16 faiz insan evdə vaxtaşırı oksigen cihazından istifadə edir. Bundan başqa, onlar hərəkət etməklə də bağlı problem yaşayırlar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.