Dünya

Hindistanda onlarla uşağın ölümünə səbəb olan hansı xəstəlikdir?

1 Sentyabr 2021 10:59
0 Şərh     Baxış: 1 945
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın Uttar Pradeş ştatının səlahiyyətliləri bu yaxınlarda bir çox insanın ölümünə səbəb olan naməlum virus infeksiyasının səbəbinin denge qızdırması ola biləcəyini bildiriblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, mütəxəssislər aydınlaşdırıblar ki, bu xəstəliyin daşıyıcıları ağcaqanadlardır.

"Simptomlara görə bu, denge qızdırmasıdır. İndi bu xəstəliyin artmasının səbəblərini və bütün ölümləri araşdırırıq", - deyə ştatın səhiyyə problemlərinə nəzarət edən Amit Mohan Prasad qeyd edib.

Xatırladaq ki, daha əvvəl Uttar Pradeş ştatında naməlum xəstəlikdən 12-si uşaq olmaqla 70 nəfərin öldüyü bildirilmişdi. Daha sonra əyalətin səhiyyə naziri bu məlumatı təkzib edib, 32 uşağın və 7 yetkinin hərarətdən öldüyünü açıqlayıb.

Xəstələrin əksəriyyətində yüksək hərarət, qanda trombositlərin səviyyəsində azalma və susuzluq var. Bunlarla yanaşı, xəstələrdə denge qızdırmasına bənzər simptomlar - şiddətli baş ağrısı, əzələ ağrısı, ürək bulanması, yüksək hərarət və limfa düyünlərinin şişməsi də müşahidə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.