Dünya

Əhməd Davudoğlu Oksford Universitetində məruzə etdi

3 May 2010 09:26
Baxış: 163
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məruzədə bildirilir ki, rəsmi Ankara bütün qonşuları, o cümlədən Ermənistanla sərhədlərin açılmasını istəyir. Lakin, biz eyni zamanda, regional sabitlik üçün sülhün bərqərar olmasını və Azərbaycan-Ermənistan sərhədlərinin açılmasını istəyirik. Regionda sülhə və sabitliyə nail olmadan Ermənistanla normallaşma prosesini həyata keçirmək mümkün olmayacaq.

Əhməd Davudoğlu daha sonra deyib ki, Türkiyə üç platformada - BMT Təhlükəsizlik Şurasında, G-20 və Sivilizasiyaların Alyansı təşəbbüsündə dünyada sülhün və təhlükəsizliyin bərqərar olmasına töhfəsini verəcək. Ankara qonşuluğundakı üç region - Cənubi Qafqaz, Balkanlar və Yaxın Şərqdə diplomatik fəaliyyətini daha da gücləndirəcək. Bundan başqa, Türkiyə İranın nüvə silahına malik olmasını istəməsə də, regionda vəziyyətin daha da gərginləşməsini də arzulamır. Problemin həlli, yalnız diplomatiya və dialoq yolu ilə mümkündür.

/AzərTAc/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.