Dünya

Çexiyada təyyarə qəzaya uğrayıb, ölənlər var

27 Avqust 2021 22:15
0 Şərh     Baxış: 473
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çexiyanın qərbində, Most şəhərindəki "Branyanı" aerodromunda kiçikhəcmli təyyarənin qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə polis rəsmisi Alena Bartoşova jurnalistlərə verdiyi açıqlamada bildirib.

"İki nəfərin öldüyü təsdiqləyə bilərəm, onlardan biri yetkin insan, digəri isə azyaşlıdır. Hazırda yanğınsöndürənlər, həkimlər, eləcə də aviaqəzaların səbəblərinin araşdırılması üzrə institutun nümayəndələri hadisə yerində işləyirlər", - Bartoşova belə deyib.

Bundan bir neçə saat əvvəl də Çexiyanın Brno şəhərindən havaya qalxan kiçikhəcmli təyyarənin Slovakiyanın Skalitsa şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində üç nəfər ölüb. Bu barədə jurnalistlərə Slovakiya Yanğından Mühafizə İdarəsinin nümayəndəsi Katarina Krijanova məlumat verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.