Dünya

ABŞ-da sel fəlakəti - 22 nəfər ölüb, 50-si itkin düşüb

24 Avqust 2021 08:58
0 Şərh     Baxış: 559
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Tenessi ştatında şiddətli yağışların səbəb olduğu seldə itkin düşənlərin sayı 50-ni ötüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, həftəsonu baş verən fəlakətdə azı 22 nəfər həyatını itirib.

Bildirilib ki, gözləniləndən üç dəfə çox yağan yağışın yaratdığı sel yolları, telefon və elektrik xətlərini sıradan çıxarıb.

Təcili yardım əməkdaşları hər evi tək-tək gəzərək, zərərçəkənlərə kömək etməyə çalışırlar.

Seldə ölənlərdən ikisi yeddi aylıq əkiz uşaqlar olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.