Dünya

Toni Bleyrin institutu 100 min müsəlman yeniyetmənin təhsilinə yardım edəcək

23 Avqust 2021 21:15
0 Şərh     Baxış: 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyrin Qlobal Dəyişikliklər İnstitutu ilə Müsəlman Dünyası Liqası təhsil sahəsində tərəfdaşlıq layihəsi həyata keçirəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, rəsmi SPA agentliyi liqanın baş katibi Məhəmməd bin Əbdülkərim Əl-İssa ilə Toni Bleyr arasında müvafiq saziş imzalanması barədə məlumat yayıb.

İmzalama mərasimində qeyd edilib ki, bütün dünyada yaşayan 1,8 milyard gəncin bir hissəsi yoxsulluq səbəbindən normal təhsil ala bilmir, müxtəlif təhlükəli cərəyanların təsiri altına düşür. Müsəlman Dünyası Liqası və Toni Bleyr İnstitutunun üç il ərzində həyata keçirəcəkləri təhsil proqramı çərçivəsində 18 ölkədən 13-17 yaş arası 100 min yeniyetməyə təhsil və peşə vərdişlərinə yiyələnmək üzrə yardım göstəriləcək, habelə bu prosesə bütün dünyadan 2400 müəllim cəlb olunacaq.

Təhsil proqramında müxtəlif dinlər və mədəniyyətlər arasında geniş dialoq yaradılmasına da diqqət göstəriləcək. Tədris proseslərində müsəlman gənclərin digər dinlərin mənsubu olan həmyaşıdları ilə mütəmadi ünsiyyət qurması təşkil olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.