Dünya

1 milyon əfqan uşaq ölə bilər - UNİSEF

23 Avqust 2021 19:54
1 Şərh     Baxış: 703
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təxminən 1 milyon əfqanıstanlı uşağın düzgün qidalanmaması səbəbindən həyatı təhlükə altındadır və müalicə olunmasalar, ölə bilərlər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə UNİSEF-in icraçı direktoru Henritta For məlumat verib.

"Şiddətli quraqlıq və su çatışmazlığı, koronavirus epidemiyasının dağıdıcı sosial-iqtisadi nəticələri və yaxınlaşan qış səbəbi ilə önümüzdəki aylarda uşaqların və qadınların humanitar ehtiyacları artacaq",- For deyib.

Onun sözlərinə görə, 2,2 milyonu qız olan təxminən 4,2 milyon əfqan uşağı təhsilini davam etdirə bilməyəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.