Dünya

II Yelizaveta şahzadə Harri və Meqanı məhkəməyə verir

22 Avqust 2021 20:37
0 Şərh     Baxış: 1 156
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya Kraliçası II Yelizaveta şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl ilə mübarizə aparmaq üçün bir qrup vəkil tutub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Məlumatda qeyd edilir ki, şahzadə Harri və onun həyat yoldaşı dəfələrlə kral ailəsinə qarşı çıxıblar.

Qəzetin yazdığına görə, II Yelizaveta məhkəməyə getməyə hazırdır, lakin yaxınlarının ağıllanıb münaqişəyə son qoyacağına ümid edir.

Qəzet mənbəyə istinadən belə yazır:

"Nə qədər dözəcəklər? Bir hədd var. Kraliça və ailəsinə onsuz da kənarda kifayət qədər hücumlar olur. Harri və Meqan təkrar hücumların qəbuledilməz olduğunu öyrənəcək və başa düşəcəklər".

Eyni zamanda bildirilir ki, indi vəkillər böhtan mövzusunda mütəxəssislərlə məsləhətləşirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.