Dünya

ABŞ-ın milyardlarla dollarlıq hərbi texnikaları "Taliban"ın əlinə keçdi - FOTOlar

20 Avqust 2021 15:56
1 Şərh     Baxış: 1 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstan təhlükəsizlik qüvvələrinin geri çəkilməsi ilə milyardlarla dollar dəyərində olan Amerika hərbi texnikası "Taliban"ın əlinə keçirib.

Milli.Az Unikal.org-a istinadən xəbər verir ki, ələ keçirilən texnikalar vaxtilə ABŞ-ın Əfqanıstan silahlılarına təlim keçdiyi vaxtdan orada qalıb.  

Bildirilib ki, Taliblərin ələ keçirdiyi texnikalar arasında "Black Hawk" helikopterləri və "A-29 Super Tucano" hücum təyyarələri də var.

Sosial mediada "Taliban" döyüşçülərinin "M4" karabinləri və "M16" atıcı silahları, Amerika istehsalı olan "Humvee" və digər zirehli maşınlarla birgə əks olunduqları fotoşəkillər yerləşdirilib.

Mütəxəssislər hesab edirlər ki, təlim keçmədən müasir təyyarələrdən istifadə etmək mümkün deyil.

Qeyd edək ki, Birləşmiş Ştatlar son 20 ildə Əfqanıstan təhlükəsizlik qüvvələrinin təlim və təchizatına 83 milyard dollar xərcləyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.