Dünya

Kabildə havaya qalxan təyyarədən yerə çırpılanlar qardaş imiş... - VIDEO

19 Avqust 2021 16:28
1 Şərh     Baxış: 3 315
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Əfqanıstan paytaxtı Kabildən havaya qalxan təyyarədən iki nəfər yerə çırpılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Talibanın Kabili ələ keçirməsindən sonra təyyarənin təkərindən yapışaraq qaçmağa çalışan, lakin ətrafdakı evlərin üzərinə çırpılan iki əfqanın kimlikləri bəlli olub.

"Daily Mail"in məlumatına görə, həmin şəxslər 16 və 17 yaşlı iki qardaş olublar.

Hadisədən sonra gənclərin meyitləri ailələrinə təhvil verilib.

Bildirilib ki, hər iki oğul Kabil bazarında qarpız sataraq, analarına baxıb, həyatda qalmaq üçün zibil yeşiklərindən qidalanıblar.

Qeyd olunub ki, qadının onlardan başqa övladı yoxdur. Övladlarının ölümündən sonra qadının Taliban rejimində necə sağ qalacağı müəmmalıdır.

Xatırladaq ki, Taliban sözçüsü Suhail Şahen məsələyə görə məsuliyyət daşımadıqlarını, onların Əfqanıstanı kasıb ölkə olduğuna görə tərk etmək istədiklərini deyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.