Dünya

Mərakeş Afrikada iqtisadiyyatı ən sürətli inkişaf edən ölkədir

11 Avqust 2021 20:45
0 Şərh     Baxış: 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərakeş 2021-ci ildə iqtisadiyyatı ən sürətlə inkişaf edən beş Afrika ölkələri siyahısına liderlik edir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə "Global data" beynəlxalq konsaltinq və analitik şirkətinin ekspertləri bildiriblər. "Global Data" şirkətinin son hesabatında qeyd edilir ki, Krallıqda iqtisadiyyatın artımı 5,19 faiz təşkil edəcək ki, bu da 2021-ci ildə Afrika qitəsində ən yüksək göstərici olacaq.

Mərakeşin kənd təsərrüfatı göstəricilərini xüsusi ayıran konsaltinq şirkəti hesab edir ki, gözlənilən artım pul-kredit siyasətinə və vergi güzəştlərinə uyğun səmərəli peyvənd kampaniyası ilə şərtləndirilir.

Digər tərəfdən, "Global data" şirkətinin hesabatında deyilir ki, Afrika iqtisadiyyatı, 2020-ci ildə yarım əsr ərzində ən güclü resessiyanı yaşayaraq, 2021-ci ildə gözlənildiyi kimi 3,8 faiz artacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.