Dünya

Ermənistanın hərbi kəşfiyyatına yeni rəis təyin edildi

9 Avqust 2021 19:11
0 Şərh     Baxış: 870
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistan Prezidenti Armen Sarkisyan ölkənin Silahlı Qüvvələrində kadr dəyişikliyi edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, general-mayor Araik Arutyunyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Kəşfiyyat İdarəsinin sədri və Silahlı Qüvvələrin Baş Qərargahının rəis müavini təyin olunub. 

Araik Arutyunyan eyni zamanda 2-ci ordu korpusunun komandiri vəzifəsindən azad edilib. Bununla yanaşı, Vaqram Qriqoryan 2-ci ordu korpusunun komandiri təyin olunub. 

A.Sarkisyanın digər bir sərəncamı ilə general-mayor Arakel Martikyan hərbi kəşfiyyatın rəisi vəzifəsindən azad edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.