Dünya

Rəisinin andiçmə mərasimində Paşinyan telefonla oynayıb

5 Avqust 2021 22:00
0 Şərh     Baxış: 1 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın prezidenti İbrahim Rəisinin andiçmə mərasimində çıxışı zamanı Paşinyanın nümayiş etdirdiyi nəzakətsizlik və diplomatik etiketin pozulması Ermənistan mediasında sərt tənqidlərə səbəb oldu. Tədbirdə iştirak edənlərdən yalnız Paşinyan sinxron tərcümə cihazını söndürüb, smartfonunda sosial şəbəkələrdə əylənməyə başlayıb. Nikol Paşinyanın sosial şəbəkələrdə çox fəal istifadəçi olduğu hamıya məlumdur.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Ermənistanın Respublika Partiyasının sədr müavini, sabiq təhsil naziri Armen Aşotyanın fikrincə, şərq ölkəsində açıq hörmətsizlik göstərmək və etiket qaydalarını pozmaq bağışlanmaya bilər, bu da, öz növbəsində, İran kimi strateji tərəfdaşla münasibətlərə mütləq təsir edəcək.

Ermənistanın news.am saytının yazdığına görə, A.Aşotyan özünü saxlaya bilməyib və Paşinyanın ünvanına təhqir və hətta alçaldıcı ifadələr işlədib: "Bu axmaq hələ diplomatiyanın nə olduğunu, mədəniyyətin nə olduğunu, tərbiyənin nə olduğunu, məsuliyyətin nə olduğunu anlamayıb. Xüsusilə Şərqdə bu cür hörmətsizlik unudulmaz və bağışlanılmazdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.