Dünya

“Tokio-2020”də rekord yoluxma

5 Avqust 2021 09:28
Baxış: 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tokioda keçirilən Yay Olimpiya Oyunları ilə əlaqəli şəxslər arasında koronavirusa yoluxma üzrə sutkalıq antirekord müəyyən olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Tokio-2020"nin təşkilat komitəsinin saytında məlumat yayımlanıb.

Bildirilib ki, son sutka ərzində daha 31 nəfərdə yoluxma aşkarlanıb.

Qeyd olunub ki, yoluxanlardan biri Yunanıstanın sinxron üzgüçülük üzrə komandasının üzvüdür. Beləliklə, həmin komandada yoluxanların ümumi sayı 6 nəfərə çatıb.

Xatırladaq ki, bundan bir gün əvvəl Olimpiadada 29 nəfər koronavirusa yoluxan qeydə alınıb. Bu, yarışların son həftəsində yoluxanlar barədə orta göstəricidən təqribən 10 nəfər çoxdur.

Oyunlarla əlaqədar şəxslər arasında koronavirusa yoluxanların ümumi sayına gəlincə isə bu göstərici 353 nəfərə çatıb. Həmçinin hesabatda bildirilir ki, iyulun 1-dən Olimpiadaya hazırlıq və yarışların keçirildiyi günlər ərzində 543 min koronavirus testi götürülüb.

Qeyd edək ki, Tokioda epidemioloji vəziyyət ağır olduğuna görə hökumət fövqəladə vəziyyət rejiminin müddətini avqustun 31-dək uzadıb. Tamaşaçılar məhz buna görə Olimpiya Oyunlarına buraxılmırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.