Dünya

Azərbaycanlı güləşçi Olimpiadada gümüş medal qazanıb

4 Avqust 2021 15:32
0 Şərh     Baxış: 3 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı güləşçi Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Olimpiadada Ukrayna yığmasını təmsil edən 23 yaşlı yunan-Roma güləşçisinin 67 kq çəki dərəcəsində həlledici rəqibi iranlı Gərai Məhəmmədreza olub.

Bir gün əvvəl 1/8 finaldan mübarizəyə qoşulan və 3 rəqibini məğlub edərək finala adlayan Nəsibov uğurlu çıxışını burada davam etdirə bilməyib. İranlı güləşçiyə 1:9 hesabı ilə məğlub olan həmyerlimiz gümüş mükafatla kifayətlənib və Olimpiya ikincisi olub.

Bu çəkidə bürünc medallar almaniyalı Frank Ger Staebler və misirli Məhəmməd Əlsayedə nəsib olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.