Dünya

Qorbaçov Qarabağı niyə ermənilərə verməyib: "Bu, qəbuledilməz idi"

2 Avqust 2021 18:48
Baxış: 2 494
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"1988-ci ilin əvvəllərində Dağlığ Qarabağ problemi gərginləşmişdi. Problemin kökləri  - çoxdankı idi və onun sadə bir həlli nə o vaxt, nə də indi yox idi, halbuki məni inandırmağa çalışırdılar ki, bunu sərhədlərin dəyişməsi ilə həll etmək mümkündür. Dövlətin rəhbərliyində bununla bağlı yegabə fikir formalaşmışdı: bu, qəbuledilməzdir. Mən hesab edirdim ki, Dağlıq Qarabağ statusu haqqında razılılğın əldə edilməsi - erməni və azərbaycanlıların işidir, İttifaq mərkəzin rolu isə - sadəcə onlara vəziyyətin normallaşdırılmasında kömək etmək, iqtisadi problemləri həll etmək idi. Əminəm ki, bu, düzgün xətt idi".

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bunu SSRİ prezidenti Mixail Qorbaçov "Qlobal siyasətdə Rusiya" jurnalı üçün öz məqaləsində yazıb.     

Problemin gərginləşməsində Qorbaçov partiya rəhbərliyini və iki respublikanın ziyalılarını günahlandırır: "Onlar razılığa və ya heç olmasa dialoqa yolu tapa bilmədilər və ekstremistlər onları arxa plana çəkiblər. Hadisələr ged-gedə qarpotu kimi böyüyürdülər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.