Dünya

Ermənistanda “Delta” və “Britaniya” ştammları aşkarlandı

2 Avqust 2021 15:44
Baxış: 1 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda koronavirusun "Delta" və "Britaniya" ştammlarına yoluxma halları aşkar olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Məlumatda qeyd olunur ki, COVİD-19 infeksiyası üçün test nümunələrinin molekulyar-genetik tədqiqatı həyata keçirilib. 

"Tədqiqat zamanı araşdırılan 30 nümunədən 4-də "Britaniya", 25-də isə "Delta" ştammı aşkarlanıb", - deyə nazirliyin məlumatında vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.