Dünya

Ərdoğan: “Azərbaycandan yanğınsöndürən təyyarə göndəriləcək”

30 İyul 2021 15:46
Baxış: 2 057
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Türkiyənin müxtəlif yerlərində eyni zamanda baş verən yanğnlarla əlaqədar geniş miqyaslı araşdırmalara başlanılıb".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, ölkədə baş verən kütləvi yanğınla əlaqədar Türkiyənin Daxili İşlər Nazirliyi, Milli İstihbarat Təşkilatı və digər aidiyyəti qurumlar araşdırma aparırlar.

Ərdoğan bildirib ki, Rusiya, Ukrayna yanğınsöndürmə təyyarələri göndərib: "Azərbaycanla da bununla bağlı danışıqlar aparılıb və bu təyyarə ən qısa zamanda Türkiyəyə göndəriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.