Dünya

Yanğından əziyyət çəkən bölgələrə bu qədər pul ayrıldı

30 İyul 2021 16:08
Baxış: 1 507
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə meşə yanğınlarından zərər görmüş əyalətlərə vəsait ayrılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ölkənin ailə və sosial xidmətlər naziri Derya Yanık öz tvitter hesabında açıqlayıb.

Onun sözlərinə görə, 4 əyalətdə zərər görmüş evlərin ilkin və əsas ehtiyaclarının qarşılanması məqsədilə 10 milyon türk lirəsi həcmində vəsait ayrılıb.

Bildirilir ki, bu vəsaitin 3 milyon 500 mini Adanaya, 5 milyonu Antalyaya, 500 mini Mərsinə və 1 milyonu Osmaniyeyə ayrılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.