Dünya

Fransa sərhədlərini xarici tələbələrə bağlamayacaq

30 İyul 2021 20:33
0 Şərh     Baxış: 463
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransada COVID-19 pandemiyasının 4-cü dalğasının başlasa belə ölkə sərhədlərini xarici tələbələrə bağlamayacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Fransanın ali təhsil naziri Frederik Vital universitetlərlə bağlı danışarkən deyib. O bildirib ki, yeni tədris ilində universitetlərdə tələbələrin 100 faiz iştirakını təmin etmək üçün tədbirlər görülür. Sentyabrın ilk günlərindən tələbə şəhərciklərində tələbələrin peyvənd edilməsi üçün xüsusi guşələr yaradılacaq. Yay aylarında peyvənd edilməyən tələbələrin yeni tədris ilinin elə ilk günündən peyvənd qrafikini tamamlamaq imkanı olacaq.

Koronavirus testi pozitiv çıxan şəxs peyvənd edilməyənlərlə əlaqədə olduğu təqdirdə, ikincilər 7 gün karantində saxlanılacaq. Yalnız peyvənd olunmuş tələbələr universitet şəhərciklərində qala biləcəklər. Peyvənd olunan tələbələrin tələbə həyatına qayıtmaları üçün bütün tədbirlər görüləcək.

Qeyd olunub ki, ölkədə 18-24 yaş arasında olan gənclərin 60 faizi peyvəndin birinci dozasını qəbul edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory