Dünya

İranda növbəti etiraz aksiyası keçirilib

26 İyul 2021 18:20
Baxış: 1 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın paytaxtında elektrik enerjisinin verilməsində kəsintilərlə bağlı yenidən etiraz aksiyası keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Tehranda "Ala ad-Dinv" ticarət mərkəzində qəfil olaraq elektrik enerjisinin verilişi kəsilib.

Buna etiraz edən 50-dən çox ticarətçi etiraz aksiyası keçirib.

Məlumata əsasən, bəzi aksiya iştirakçıları siyasi xarakterli şüarlar səsləndirib və görüntüləri sosial şəbəkələrdə paylaşmağa cəhd ediblər.

Ölkənin Energetika Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq qeyd edib ki, işıq cəmi iki saat müddətinə söndürülüb. Buna səbəb isə enerji sərfiyyatı ilə bağlı təyin edilmiş limitin pozuntusu olub. 

Qeyd edək ki, bir neçə müddətdir ki, İran dövlət orqanlarında, evlərdə və sənaye binalarında enerji verilişində kəsintilər yaşanır. Həmçinin işıqforlara da enerji verilişi tez-tez dayandırılır. Bu isə öz növbəsində nəhəng tıxaclara, hətta qəzalara səbəb olur.

İranda elektrik enerjisi ilə bağlı qıtlıq yaşandığından ölkə hakimiyyəti qonşu Azərbaycan, Ermənistan və Türkmənistandan elektrik enerjisi idxal etmək barədə qərar qəbul ediblər. 

Qeyd olunur ki, ölkədə belə bir vəziyyət son 50 ildə baş verən quraqlıqlar səbəbindən yaranıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.