Dünya

Qoyun qaçdı, tələbə itdi, helikopter qalxdı: Film kimi olay

22 İyul 2021 14:22
0 Şərh     Baxış: 1 336

Türkiyənin Ankara şəhərində 20 yaşlı tələbə itkin düşüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, onun itkin düşməsinə səbəb qurbanlıq qoyunun qaçması olub. Dünən kəsmək üçün ahurdan çıxarılan qoyun gözlənilmədən dağlıq əraziyə qaçıb. Onu tutmaq üçün arxasından gedən tələbə Onur Eker isə yoxa çıxıb. Onurla əlaqə yarada bilməyən ailə bir neçə saat sonra polisə məlumat verib.

İki gündür itkin düşən tələbənin axtarışı üçün dronlardan, helikopterdən istifadə edilsə də, onu tapmaq mümkün olmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.