Çində üçüncü uşağın doğulmasına görə cərimələr ləğv edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çinin hakimiyyət orqanları ailələrdə üçüncü uşağın doğulmasıma görə cərimələri və digər sanksiyaları ləğv edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə qərar ÇXR Dövlət Şurası tərəfindən qəbul olunub. Çərşənbə axşamı günü dərc edilmiş qərarda bildirilir ki, hökumət 2025-ci ilədək doğumun stimullaşdırılması üzrə əhatəli sosial siyasət sistemi yaradacaq. Hakimiyyət doğuş, uşaqların tərbiyəsi və təhsili üzrə sosial dəstək tədbirlərinin keyfiyyətini və effektlivliyini artırmaq niyyətindədir. 2035-ci ilədək əhalinin "demoqrafik strukturunun təkmilləşdirilməsi" uçun demoqrafik siyasəti modernəşdirmək nəzərdə tutulur.
Xatırladaq ki, bu il mayın 31-də Çin Kommunist Partiyasının Siyasi bürosu ailələrin üç uşaq sahibi olmasına icazə verən qərar qəbul edib.
1970-ci illərin ortalarında Çində doğumun məhdudlaşdırılması istiqamətində sərt tədbirlər görülməyə başlanmışdı. O zaman bəzi istisnalar olmaqla, ailələrə yalnız bir uşağa sahiblənmə icazəsi verilirdi. Qaydanı pozan valideynlər böyük cərimələrə məruz qalırdı. Onlar, həmçinin dövlət xidmətindən kənarlaşdırılır və kommunist partiyasının sıralarından xaric edilirdi.
2016-cı il yanvarın 1-dən isə ölkədə çinli ailələrin iki uşağa sahib olmasına icazə verən qanun qüvvəyə minib.
2020-ci ilin siyahıyaalınmasına əsasən, ÇXR əhalisinin sayı 1,41 milyard nəfər təşkil edib. Əhali tərkibində 60 yaşdan yuxarı vətəndaşların payı 18,7 faizə çatıb. Ötən il ölkədə 10,035 milyon yeni doğulan uşaq qeydə alınıb ki, bu da ÇXR-in əsasının qoyulduğu 1949-cu ildən bəri ən aşağı göstəricidir. Çin demoqraflarının proqnozlarına görə, əgər mövcud tendensiyada dönüş yaranmazsa, 2050-ci ilədək ölkədə 60 yaşdan yuxarı insanların sayı 487 milyon nəfərə (əhalinin 35 faizi) yüksələcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Doğum gününüz haqqınızda nə deyir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
“Qalatasaray”da daha bir istefa
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək





