Dünya

Dünyanın öldü bildiyi birinci xanım sağ imiş - FOTO

15 İyul 2021 12:44
0 Şərh     Baxış: 2 921
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Haiti Prezidenti Jovenel Moizə qarşı sui-qəsd nəticəsində onunla birlikdə qətlə yetirildiyi deyilən birinci xanım Martin Moizin sağ qaldığı məlum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Martin Moiz öz tvitter hesabında müalicə aldığı xəstəxanadan şəkil paylaşaraq ona dəstək olan hər kəsə təşəkkür edib. Bildirib ki, basqın zamanı ağır yaralansa da, həyatda qala bilib. Prezident isə aldığı yaralardan dünyasını dəyişib.

Qeyd edək ki, iyulun 6-dan 7-nə keçən gecə Haiti Prezidenti Jovenel Moizin yaşadığı iqamətgaha bir qrup şəxs tərəfindən silahlı hücum təşkil olunub. Hazırda hücumda təqsirli bilinən bir qrup şəxs saxlanılıb və istintaq davam edir.

Xatırladaq ki, dünyanın aparıcı KİV orqanları ölkənin birinci xanımının da həlak olduğunu yazmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.