Dünya

Əfqanıstanda son sutkada 200-ə yaxın terrorçu məhv edilib

14 İyul 2021 15:04
0 Şərh     Baxış: 1 110
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfqanıstan hökumət qüvvələri ötən sutka ərzində təqribən 200 terrorçunu zərərsizləşdirib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 191 terrorçu zərərsizləşdirilib, 154-ü isə yaralanıb.

Son sutka ərzində hərbi əməliyyatlar Paktiya, Qilmend, Qanzi, Host, Qəndahar, Nimruz və Takar bölgələrində gedib. Bundan başqa, əfqan qüvvələr 14 əldəqayırma partlayıcı qurğu aşkarlayıb və zərərsizləşdirib.

Qeyd edək ki, "Taliban" hərəkatının üzvləri son aylar Əfqanıstanın müxtəlif əyalətlərində öz mövqelərini gücləndirirlər. ABŞ və tərəfdaşlarının öz qüvvələrini Əfqanıstandan çıxarması buna əsas səbəb olaraq göstərilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.