Dünya

"Delta" ştammı daha bir ölkədə sürətlə yayılır

14 İyul 2021 20:44
0 Şərh     Baxış: 1 042
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusun "delta" ştammı Danimarkada sürətlə yayılmaqdadır.

Milli.Az ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son bir həftə ərzində ortalama koronavirusa yoluxan hər 10 nəfər digər 13 nəfəri yoluxduraraq virusun daha çox yayılmasına səbəb olub.

Son günlərdə 5 milyon əhalisi olan Danimarkada hər gün təxminən 1000 yoluxma qeydə alınıb. Eyni zamanda, ağır fəsadlarla davam edən xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayı son sutkada 10 nəfər artaraq 47-yə çatıb.

Keçən həftə Danimarka Səhiyyə Nazirliyi koronavirusa yoluxma sayının yüksəlməsini, insanlarda getdikcə daha çox rast gəlinən daha yoluxucu "delta" ştammı ilə əsaslandırıb. Öz növbəsində, Ölkənin Dövlət Peyvənd İnstitutu (Statens Serum İnstitut), son həftədə müsbət testlərin 55,4 faizinin "delta" variantı olduğunu qeyd edib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.