Dünya

Fransada peyvənd olunmayan həkimlər işdən çıxarılacaq

13 İyul 2021 08:38
0 Şərh     Baxış: 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunmayan səhiyyə işçiləri 15 sentyabrdan etibarən işdən kənarlaşdırılacaq və onlara məvacib verilməyəcək.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Fransanın səhiyyə naziri Olivye Veran bəyan edib.

Fransa prezidenti Emmanuel Makron televiziya ilə xalqa müraciətində bildirib ki, həkimlər və xəstəxanalarda çalışanların hamısı məcburi vaksinasiya olunmalıdır. Onun sözlərinə görə, 15 sentyabrdan etibarən yoxlamalar aparılacaq və koronavirusa qarşı peyvənd olunmayan şəxslərə qarşı sanksiyalar tətbiq olunacaq.

"15 sentyabrdan etibarən tibb işçisi peyvənd olunmayıbsa, artıq işləyə bilməyəcək və ona maaş da verilməyəcək", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Fransanın Martinik və Reunyonda departamentlərində fövqəladə sanitar vəziyyət elan edilib və iyulun 13-dən komendant saatı yenidən tətbiq olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.