Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1364 yoluxma halı qeydə alınıb, 22 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 376 200, ölənlərin sayı isə 5 443 nəfərə çatıb. Virusa yoluxanlardan 358 227 nəfərin sağaldığı bildirilir.
Milli.Az