Dünya

Dünya üzrə 115 min tibb işçisi koronavirusun qurbanı olub

10 İyul 2021 08:48
0 Şərh     Baxış: 567
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pandemiyanın başlanmasından bəri 115 min tibb işçisi koronavirusun qurbanı olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adan Qebreyesus Nottinhem Universitetinin tələbə və müəllim heyəti qarşısındakı çıxışı zamanı bəyan edib.

O bildirib ki, hazırda dünya üzrə milyonlarla tibb işçisi hələ də vaksinasiyadan keçməyib.

ÜST rəhbəri tibbi personal üçün təhlükəsiz əmək şəraitinin yaradılmasına çağırıb. T.A.Qebreyesus tibb sahəsinə xərclənən vəsaitin gələcəyə yatırılan sərmayə olduğunu da qeyd edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.