Dünya

Haiti prezidentini öldürən dəstə əcnəbilərdən ibarət olub

8 İyul 2021 08:58
0 Şərh     Baxış: 2 061
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Haiti prezidenti Jovenel Moizin iqamətgahına hücum edərək onu öldürən silahlı dəstənin üzvləri xarici vətəndaşlardan ibarət olub.

"Report" "TASS"a istinadən xəbər verir ki, müvafiq məlumat baş nazir Klod Jozefin yaydığı açıqlamada yer alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hücumu həyata keçirənlərdən bəziləri ingilis və ispan dillərində danışırlarmış.

Haitinin milli polisi, ölkə prezidenti Jovenel Moizin iqamətgahına hücum edərək onu öldürməkdə şübhəli bilinən şəxsləri saxlayıb.

Bu barədə ölkənin dövlət katibi Franç Ekzantyuz tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, qatillərlə bağlı ətraflı məlumat veriləcək. Dövlət katibi bildirib ki, mövcud vəziyyət ölkənin hüquq-mühafizə orqanlarının tamamilə nəzarəti altındadır.

Xatırladaq ki, Haiti prezidenti Jovenel Moizin öldürülməsindən sonra ölkədə hərbi vəziyyət elan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.