Dünya

Əlverişsiz hava şəraiti Türkiyədə böyük problemlər yaradıb

7 İyul 2021 22:15
0 Şərh     Baxış: 656
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə davam edən əlverişsiz hava şəraiti ayrı-ayrı vilayətlərdə böyük problemlər yaradıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Türkiyədə güclü yağış, dolu, fırtına və küləkli hava şəraiti davam etməkdədir. Əlverişsiz havanın daha ağır fəsadlar yaratdığı bölgələr arasında Düzcə də var. Bu bölgədə sel və daşqınlar dağlıq və dağətəyi yolları dağıdıb. Güclü külək evlərin dam örtüyünü yerindən qoparıb. Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) qüvvələri və yerli hakimiyyətin briqadaları köməksiz qalan 47 nəfəri xilas ediblər. Bundan başqa təhlükəli bölgələrdən 80 nəfər təxliyə olunub. Təbii fəlakət bölgəsinə ağır texnika cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.