Dünya

Almaniya vaksinləmə başa çatdıqdan sonra məhdudiyyətləri ləğv edəcək

7 İyul 2021 21:25
0 Şərh     Baxış: 629
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya XİN-də hesab edirlər ki, vaksinləmə kampaniyasının məntiqi sonu yaxınlaşdıqca koronavirus məhdudiyyətlərini qismən yumşaltmaq, daha sonra isə tamamilə ləğv etmək mümkün olacaq. Lakin bu, ölkənin bütün sakinlərinin vaksinləmədən keçəcəyi halda mümkün olacaq. AFR-in daxili işlər naziri Hayko Maas hesab edir ki, belə vəziyyəti artıq avqust ayında gözləmək mümkündür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, nazir bu barədə "Süddeutsche Zeitung" qəzetinə müsahibəsində bildirib. Maas hesab edir ki, əgər bütün almanlar peyvənd vurdurarsa, o halda məhdudiyyətlər üçün hüquqi və siyasi əsaslar olmayacaq.

Daha əvvəl Milli Həkimlər Assosiasiyasının idarə heyətinin sədri Andreas Qassen də eyni fikri bildirib. Ölkədə sentyabradək bütün arzuedənlər üçün vaksinləmə prosesinin başa çatacağını hesab edənlər daha çoxdur. Belə olan halda hər kəs maskanı taxmağa davam etməsi ilə bağlı özü qərar verə bilər. Hər halda bu, daha məcburi olmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.