Dünya

Tunis sahillərində 21 qanunsuz miqrantın cəsədi aşkarlandı

6 İyul 2021 10:49
0 Şərh     Baxış: 829
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Son 10 gün ərzində Aralıq dənizinin Tunis sahillərində Sfaks şəhərində baş vermiş 4 gəmi qəzasında həyatını itirmiş qanunsuz miqrantların sayı 49-a çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Tunisin Milli Təhlükəsizlik Xidmətinin nümayəndəsi Husam el-Cibabilinin sözlərinə görə, sahil mühafizə xidməti daha 21 qanunsuz miqrantın cəsədini aşkarlayıb. 

O bildirib ki, ümumilikdə qayıqlarda 135 qanunsuz miqrant olub. Onlardan 78-ni xilas etmək mümkün olub, 8 miqrant isə itkin düşüb. 

Qeyd edək ki, Tunis və Liviya Avropaya getmək arzusunda olan qanunsuz miqrantların yolunda tranzit nöqtəsi rolunu oynayır. Hər il minlərlə miqrant Aralıq dənizini keçərək Avropaya çatmağa can atır. Onların bir hissəsi yolda həlak olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.