Dünya

Latviya avtoqəzaların sayına görə Avropada beşincidir

5 İyul 2021 22:04
0 Şərh     Baxış: 1 031
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Latviya avtomagistralları Avropada ən təhlükəli yollar siyahısında 5-ci yerdə qərarlaşır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avropanın statistika agentliyi "Avrostat" məlumat yayıb. Bildirilir ki, Latviyada yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların sayı 1 milyon əhali üzrə ildə 69 nəfərdir.

Qeyd edilir ki, ən təhlükəli yollar Rumıniyada (1 milyon əhaliyə 96 nəfər), Bolqarıstanda (1 milyon əhaliyə 90 nəfər), Polşada (1 milyon əhaliyə 77 nəfər) və Xorvatiyadadır (1 milyon əhaliyə 73 nəfər).

Ən az isə İsveçdə (1 milyon əhaliyə 22 nəfər), İrlandiyada (1 milyon əhaliyə 29 nəfər) və Maltada (1 milyon əhaliyə 32 nəfər) yol-nəqliyyat hadisələri baş verir.

Avropa İttifaqı ölkələrində yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların sayı orta hesabla hər 1 milyon əhali üzrə 51 nəfərdir. Bunlardan 44 faizi avtomobil sürücüləri və sərnişinləri, 20 faizi piyadalar, 16 faizi isə motosikl sürücüləridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.