Dünya

Əfqanıstanda silahlı hücumda 11 hərbçi öldü

5 İyul 2021 18:54
Baxış: 691
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Taliban" silahlıları Əfqanıstanın qərbində yerləşən Herat əyalətinin Çeşt bölgəsində silahlı hücum həyata keçiriblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı jurnalistlərə Çeşt bölgəsinin yerli administrasiyasının rəhbəri Rahmuddin Serverzey verib.

Onun sözlərinə görə, silahlı şəxslər hücumu Taqab-Qaza adlı ərazidə yerləşən hərbi nəzarət məntəqəsinə ediblər. Hücum zamanı 11 hərbçi həlak olub, 5 nəfər isə yaralanıb. 

Hücum nəticəsində baş verən atışma zamanı "Taliban" silahlılarından 10 döyüşçü öldürülüb, digər 5-i isə yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.