Hindistan ştammı uşaqlarda ağır izlər qoyur - Ekspertlər HƏYƏCAN TƏBİLİ ÇALDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hindistanda koronavirusa yoluxan uşaqlara və yeniyetmələrə getdikcə daha çox MIS-C diaqnozu (çoxsistemli iltihab sindromu) qoyulur. Bu barədə Hindistan Tibb və Tədqiqat İnstitutu məlumat verib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, həkimlər bu sindromun qarşısını almaq üçün məktəblilərin daha çox fiziki məşq etməli olduğunu söyləyib. Artıq çəki əsas risk faktorlarından biridir. Bundan əlavə, uşaqların virusu asimptomatik keçirməsinə baxmayaraq, valideynlərin ayıq-sayıq olmasının vacibliyini vurğulayıblar.
Dünya tibbində uşaqlarda çoxsistemli iltihab sindromu diaqnozu COVID-19-dan az sonra - 2020-ci ilin yayında ortaya çıxdı. Həkimlər sağaldıqdan ən azı bir neçə həftə (bəzən 1,5 ay) sonra bəzi yeniyetmələrdə qızdırma, dəri səpkiləri, aşağı təzyiq, hətta birdən çox orqanın sıradan çıxdığını görməyə başladılar.
Pediatrların sözlərinə görə, bu, bir çox cəhətdən qan dövranı xəstəliyi olan və əsasən uşaqlarda rast gəlinən Kavasakiyə yaxındır. MIS-C sindromunu tez-tez Kavasakiyə bənzədirlər. Buna baxmayaraq, həkimlər bunların iki fərqli diaqnoz olduğu qənaətindədir.
Rusiyalı həkim Yevgeni Timakov "Life"a verdiyi müsahibədə bildirib ki, onlar arasındakı fərqlər laboratoriya məlumatları və orqan zədələnmə dərəcələri ilə izah olunur. Bununla birlikdə, çoxsistemli sindrom antiinflamatuar və qandurulaşdırıcı maddələr daxil olmaqla, Kavasaki sindromu ilə eyni şəkildə müalicə olunur.
"Sindrom ciddidir, uşağın bədənindəki bütün orqan və toxumalara təsir edir. Təəssüf ki, özünü müxtəlif allergik xəstəliklər, səpkilər kimi göstərir, yəni valideynlər bunu dərhal tanımaya bilər. Buna görə də ağır fəsadlarla nəticələnə bilər, koronavirus infeksiyasından 2-6 həftə sonra ortaya çıxır, müalicə olunmasa, uşağın həyatı üçün təhlükə daşıyır.
Sindrom qismən böyüklərdəki məşhur "sitokin fırtınası" ilə müqayisə edilə bilər. Hər iki vəziyyətdə də bu, bədənin patogenlərin hücumuna qarşı həddindən artıq müdafiə reaksiyasıdır. Bu, müxtəlif otoimmun proseslərin meydana gəlməsi ilə immunitetin həddindən artıq reaksiyasıdır. Yalnız yetkinlərdə "sitokin fırtınası" dərhal özünü göstərir, uşaqlarda isə gecikir'", - Yevgeni Timakov qeyd edib.
Pediatr vurğulayıb ki, koronavirusa yoluxan uşağın vəziyyətindəki hər hansı dəyişiklik narahatlığa əsas verir: "Əzələ ağrıları, temperatur reaksiyaları, dərinin qabıq verməsi, şişkinlik, qanaxmalar, müxtəlif spesifik xəstəliklər ciddi simptomlardır. Təcili olaraq həkimə müraciət etməlisiniz".
Pediatr Andrey Stepanov isə bu sindromun koronavirusun damar sisteminə təsiretmə qabiliyyəti ilə əlaqəli olduğunu bildirib:
"COVID-19 damar endotelium üçün faciəlidir, damarlar hər yerdə olduğundan hər səviyyədə və bütün sistemdə uğursuzluqlar baş verə bilər. Ürəkdəki aritmiyalar, baş ağrıları, zehni funksiyanın pozulması, əlin titrəməsi - bunların hamısı koronavirus nəticəsində baş verən orqanlar və sistemlərin pozulmasına daxildir. Bu sindrom o qədər müxtəlif təzahürlərə malikdir ki, onu təyin etmək çox çətindir.
Niyə yalnız uşaqlara xasdır?
Rusiyalı pulmonoloq Vyaçeslav Oveçkin qeyd edib ki, MIS-C-yə uşaq və yeniyetmələrdə rast gəlinməsi immunitetin və bədənin hələ tam formalaşmaması ilə əlaqəli ola bilər.
"Bu, mümkün variantlardan biridir. Tibdə uzun müddətdir ki, postkoronavirus sindromu müzakirə olunur. Bu və ya digər dərəcədə bütün xəstələri narahat edən məsələdir. Lakin postkoronavirus uşaqlıqda baş verən MIS-C ilə əlaqəli deyil. Yəni bu sindroma hər yaşda olan insanlarda rast gəlinir. Postkoronavirus çoxyönlüdür, insanlarda baş ağrısı və davamlı qızdırma, uzun müddət iybilmə qabiliyyətinin pozulması, halsızlıq və təngənəfəslik kimi şikayətlər olur. Həmçinin bir qayda olaraq həkimlər müayinə zamanı ciddi dəyişiklik tapmırlar.
Həkimlər bütün bu sindromların səbəbləri ilə bağlı suallara birmənalı cavab verə bilmirlər. Versiyalardan biri odur ki, sağaldıqdan sonra koronavirus bədəni tamamilə tərk etmir, əksinə, bir növ "konservləşdirilmiş", hərəkətsiz vəziyyətdə qalır. Herpes virusu kimi", - pulmonoloq əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
-
Monqolustan prezidenti 100 kiloqramlıq ştanqı 20 dəfə qaldırdı – (Video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
Gürcüstan DTX-nın yeni rəhbəri seçildi - (Yenilənib)
-
"Həmin dövrdə təhdidlər alırdıq" - “Kurtlar Vadisi”nin ssenaristi
XƏBƏR LENTİ
-
İkinci sertifikasiya kimlərə şamil olunacaq?
-
“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu
-
Əşrəf Dahruc vəfat etdi
-
Məktəblərdə dərs saatları dəyişdirilə bilər
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
-
Müəllimlərin geyimi dəyişir? - Nazirlikdən açıqlama
-
90 min şəxsin maaşı artacaq - Nazir açıqladı
-
Monqolustan prezidenti 100 kiloqramlıq ştanqı 20 dəfə qaldırdı – (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Bakıda skuter avtomobillə toqquşdu - (Anbaan video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
Hakan Fidan Azərbaycana gəlir
-
Azərbaycanın vizasız gedə biləcəyi ölkələr - Siyahı
-
Lamin Yamal Messi ilə bağlı 13 illik rekordu təkrarladı
-
180 min nəfəri sevindirən qərar - Nazirlikdən açıqlama
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
-
İrem Derici hamilədir? – Özü cavabladı - (Foto)
-
Gürcüstan DTX-nın yeni rəhbəri seçildi - (Yenilənib)
-
Xaçmaz rayonunda arıçılıq və bal emalı sahəsinin inkişafı diqqət mərkəzindədir - (Foto)
-
Tıxaclar bitərsə, evlərin qiyməti necə dəyişəcək?
-
Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı qısaldılır
-
"Tottenhem" 4 oyundur qol üzünə həsrətdir
-
"Həmin dövrdə təhdidlər alırdıq" - “Kurtlar Vadisi”nin ssenaristi
-
10 mindən çox azərbaycanlı Rusiyada təhsil alır





