Dünya

Rusiya Qara dənizə daxil olan ABŞ gəmisini izləməyə başladı

27 İyun 2021 11:19
0 Şərh     Baxış: 1 165
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qara dənizə daxil olan ABŞ-a məxsus "USS Ross" hərbi gəmisinin fəaliyyəti izləməyə götürülüb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

"Qara dəniz donanması iyunun 26-da Qara dənizə daxil olan ABŞ donanmasına məxsus "USS Ross" hərbi gəmisinin izlənilməsinə başlayıb", - açıqlamada bildirilib.

Qeyd edək ki, ABŞ-ın Altıncı Donanması hərbi gəminin Ukraynanın iştirakı ilə keçiriləcək "Sea Breeze" təlimlərinə qatılmaq üçün Qara dənizə daxil olduğunu açıqlayıb.

Bundan əvvəl isə Rusiya Qara dənizdə İngiltərə gəmisinə xəbərdarlıq atəşi açmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.