Dünya

Almaniya əhalisinin yarısı COVID peyvəndinin azı bir dozasını vurdurub

20 İyun 2021 19:09
Baxış: 645
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyada koronavirus əleyhinə vaksinasiya kampaniyası başladıqdan bəri əhalinin təxminən yarısı azı bir doza peyvənd vurdurub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Kansler Angela Merkel bildirib.

Həyatın normallaşması üçün vaksinasiyanın böyük əhəmiyyət kəsb etdiyini vurğulayan AFR hökumətinin başçısı, eyni zamanda, koronavirusun "Delta" adlanan mutasiyasına qarşı diqqətli olmağa çağırıb. Almaniyada COVID-19 infeksiyasının bu mutasiyası hələ çox yayılmayıb və bütün yoluxma hallarının təxminən 6 faizini təşkil edir.

Angela Merkel epidemioloji vəziyyətin tez bir zamanda pisləşdiyi digər ölkələrin təcrübəsindən danışıb və futbol üzrə Avropa çempionatının final oyunlarının keçirildiyi stadionlarda müşahidə olunan izdihamlı mənzərənin onu çox narahat etdiyini deyib.

Qeyd edək ki, rəsmi məlumata görə, indiyədək Almaniyada təxminən 42 milyon insan koronavirus əleyhinə vaksinin bir dozasını, 25 milyon nəfər isə hər iki dozasını vurdurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.