Ölkə

Tikinti işlərini həyata keçirən şəxs jurnalistlərə hücum etdi - FOTO

13 Oktyabr 2025 12:51
Baxış: 446
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Abşeron rayonu Qobu qəsəbəsində qanunsuz tikinti işlərinin aparıldığı iddia olunur.

Milli.Az xəbər verir ki, bu barədə ATV Xəbərə müraciət edən şikayətçi bildirib.

O, deyir ki, vəziyyətlə bağlı aidiyyatı qurumlara dəfələrlə məlumat verilsə də, heç bir tədbir görülməyib:

"Qobudan bəri 300 evi tikə-tikə gəlirlər. Heç bir sənədi yoxdur. Bir ildir ki, tikinti işləri davam edir. Burada sakinlərin heç birinin sənədi yoxdur. Hərə bir tərəfədən traktorla gəlir. Deyirlər ki, yer mənimdir. Heç kim heç nə edə bilməz". 

Çəkiliş vaxtı özünü ərazinin sahibi kimi təqdim edən şəxs jurnalistlərə hücum edib. Təhqirli ifadələr işlədən həmin şəxs daha sonra heyəti ərazidən uzaqlaşdırmağa cəhd göstərdi. 

Məsələ ilə bağlı Abşeron İcra Hakimiyyətinə müraciət olunub. Həmin şəxsin tanınmadığı və qeyri-iş günü olduğundan rəsmi mövqe bildirməyin mümkün olmadığı bildirilib. Jurnalistlərə göstərilən kobudluqla bağlı isə Daxili İşlər Nazirliyinə müraciət olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.