Latın Amerikasında koronavirusun rast gəlinən Lambda variantı ÜST-nin xüsusi müşahidəsi altına alınıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İndiyədək koronavirusun əsasən Latın Amerikasında rast gəlinən Lambda variantı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi müşahidəsi altına alınıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu variantı mutasiyaya uğraması onun daha yoluxucu olmasına və ya insanın immun sisteminin bu varianta yetərsiz müqavimət göstərməsinə yol aça bilər. Təşkilatın yaydığı məlumatda kifayət qədər etibarlı araşdırma və statistik məlumatların hələ əldə edilmədiyi, lakin variantın bir neçə ölkədə yayılmasının diqqətçəkən məqam olduğu qeyd edilib.
Bildirilir ki, bu varianta ilk dəfə 2020-ci ilin avqust ayında Peruda rast gəlinib. Bu ilin aprel ayından bəri analiz edilmiş bütün yoluxma hallarının 81 faizinin bu varianta aid olduğu müəyyən edilib. Argentina və Çilidə isə ötən aylarda yoluxmaların üçdə bir hissəsi bu variantın payına düşüb.
Qeyd edilməlidir ki, koronavirus variantları ÜST tərəfindən iki kateqoriya üzrə təsnifatlanır. Müşahidə altına alınan variantlara "maraq doğuran variant" ("variant of interest") adı verilir. Bir və ya bir neçə ölkədə yoluxmaların əksəriyyətini təşkil edən variantlar bu cür adlandırılır və Lambda hazırda bu kateqoriyaya daxildir.
Daha geniş miqyasda yoluxmalara səbəb olan variantlara isə "narahatlıq doğuran variant" ("variant of concern") adı verilir, onlara qarşı mübarizə aparmaq çətin olur və yoluxma nəticəsində xəstəliyin ağır formada və fəsadlarla keçməsi müşahidə edilir. Bu qəbildən olan variantlar arasında hazırda Hindistanda geniş yayılmış Delta variantı diqqəti çəkir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kazımcan arıqlayıb elə oldu - (Video)
-
Antalyada dəhşətli qəza - (Video)
-
Elgiz Əkbər: "Oturub Milli Məclisdə, bir dəfə də məni yığmır" - (Video)
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Paşinyan mükafat almaq üçün Almaniyaya getdi
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artdı
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı





