Dünya

Texasda atışma nəticəsində azı 12 nəfər yaralanıb

12 İyun 2021 13:27
Baxış: 487
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Ostin şəhərində (Texas ştatı) şənbə günü baş verən atışma nəticəsində ən az 12 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə şəhərin təcili tibbi yardım xidmətinin "Twitter" səhifəsində deyilir.

"Xəstələrin ümumi sayı 12 nəfərdir", - deyə qeyd olunub.

Dörd nəfərin həkimlər tərəfindən xəstəxanalara aparıldığı, altı yaralının şəhər polisi, iki yaralının şəxsi avtomobillərlə daşındığı qeyd edilir. Bundan əlavə, iki nəfər travmatoloji müəssisələrinə göndərilib. Onlardan birinin vəziyyəti ağırdır.

Hadisənin təfərrüatı barədə hələ məlumat verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.