Dünya

Müsəlman ailəsini qəsdən maşınla vurub öldürdü - VİDEO

9 İyun 2021 03:15
Baxış: 2 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadanın London şəhərində sürücü bir müsəlman ailəsini qəsdən öldürüb.

Milli.Az lent.az-a istinadla bildirir ki, 20 yaşlı Nataniel Veltman yüksək sürətlə idarə etdiyi pikap avtomobili ilə bir ailəni vuraraq hadisə yerindən qaçıb.

Nəticədə 4 nəfər hadisə yerindəcə ölüb, ailənin yalnız 9 yaşlı uşağı sağ qalıb. 

Polis hadisəni törədəni saxlayıb. Yerli polisin baş müstəntiqi Pol Ueytin sözlərinə görə, Veltman ailəni yalnız müsəlman olduqları üçün məhv edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.