Dünya

Ermənistan ordusu Azərbaycana iki ədəd BM-21 “Qrad” “hədiyyə” etdi - FOTO

3 İyun 2021 20:06
Baxış: 2 315
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində iki ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi aşkar edilib.

Milli.Az bildirir ki, bu barədə caliber.az-a hərbi dairələrdəki mənbələrdən məlumat verilib.

Qurğular mərmiləri ilə birlikdə, atəşə hazır vəziyyətdə tapılıb. Döyüş meydanında düşmən tərəfindən tərk edilən silah çox yaxşı vəziyyətdə qalıb.

Aydındır ki, çaxnaşma içində geri çəkilən Ermənistan ordusu "Bayraktar"ın hədəfinə çevrilməmək üçün döyüş əməliyyatları zamanı onları ərazidən çıxartmağa cəsarət etməyib və gizlətməyə çalışıb.

"Qrad"ın yerləşdiyi ərazinin ətrafı minalanıb. Ancaq gizli olan hər şey gec-tez bəlli olur. Kiçik təmirdən sonra "Qrad"lar Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.