Dünya

Almaniyada ilk velosiped qarajı açılıb - FOTO

2 İyun 2021 23:16
Baxış: 1 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İri şəhərlərdə çoxmərtəbəli evlərin və ofis binalarının altında yeraltı qarajlar və parklamalar bir növ adi hal alıb. Qənaət məqsədilə və ümumiyyətlə ekologiyaya qayğı səbəbindən çox vaxt velosipedlərdən istifadə edən və işə velosipedlə gedib-gələn insanlar bu ikiçarxlı nəqliyyat vasitələrini haradasa saxlamalıdırlar!

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu günlərdə Hamburqda velosipedlər üçün ilk ictimai qaraj açılıb. 600 velosiped üçün nəzərdə tutulan bu qarajda 145 yer onlayn sifariş edilmək üçün əlçatan olacaq. Yaxınlıqda, açıq səma altında isə daha 400 velosiped üçün yer var.

Velosipedçiləri sevindirən bu qeyri-adi, lakin rahat infrastrukturun istifadəyə verilməsi şəhər sakinlərinin alternativ hərəkət vasitəsi kimi velosipedlərdən istifadə etmələrini stimullaşdıracaq.

Bundan əlavə, Hamburq şəhərinin küçələrində velosipedçilər üçün yeni hərəkət zolaqları salınır və köhnə hərəkət zolaqları təmir edilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.