Dünya

Gürcüstan səhiyyə naziri vaksinasiyadan sonra yoluxdu

1 İyun 2021 15:28
Baxış: 1 081
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze peyvənd olunduqdan sonra koronavirusa yoluxub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Novosti Qruziya" saytı məlumat verib.

Tikaradze 23 mart tarixində İngiltərə-İsveç preparatı "AstraZeneca" peyvəndinin ilk dozasını Saçxere tibb mərkəzində vurdurub. İkinci dozanın isə iyun ayında tətbiq edilməsi planlaşdırılırdı.

Koronavirus test nəticəsi müsbət çıxan nazir və onunla təmasda olan bir neçə məmur özünü təcrid edib. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, daha əvvəl Gürcüstan Milli Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzinin rəhbəri Amiran Qamkrelidze ölkədə həm ilkin doza almış şəxslər, həm də tam vaksinasiyadan keçmiş şəxslər arasında yoluxma hallarının aşkarlandığını açıqlamışdı.

Qamkrelidze peyvənddən sonra koronavirusa yoluxmanın normal olduğunu düşünür, çünki vaksin ilk növbədə xəstəliyin ağırlaşmasından və ölümdən qoruyur.

Son statistikaya görə, pandemiyanın başlanğıcından etibarən Gürcüstanda 344 mindən çox insan koronavirusa yoluxub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.